XİDMƏT

İşıqlı reklam və tabela hazırlanması Bakı

İşıqlı reklam obyektinizi axşam saatlarında da görünən edir.

01 — TƏSVİR

İşıqlı reklam obyektinizi axşam saatlarında da görünən edir. Biz həcmli işıqlı hərflər, alüminium karkaslı lightbox qutular, çərçivəsiz gərmə örtüklü panellər və çevik neon yazılar hazırlayırıq. İşıq mənbəyi kimi enerjiyə qənaətli LED modullar istifadə olunur, qidalanma bloku isə nəm və temperatur nəzərə alınaraq seçilir.

Tabela sifarişi adətən ölçmə ilə başlayır: fasadı və mövcud konstruksiyanı yoxlayırıq, sonra vizual layihəni razılaşdırırıq. Ofis qapısı üçün orgsteklo və ya paslanmayan poladdan qapı lövhəsi, binadaxili yönləndirmə lövhələri və kabinet nişanları da eyni dizayn xəttində hazırlana bilər.

02 — NƏ DAXİLDİR

Bu xidmət üzrə hazırladıqlarımız

  • Həcmli işıqlı hərflər — akril üz, LED daxili işıq
  • Alüminium karkaslı lightbox və backlit panellər
  • Çevik LED neon yazılar (interyer və fasad)
  • Orgsteklo, kompozit və paslanmayan polad qapı lövhələri
  • Yönləndirmə lövhələri, kabinet və nömrə nişanları
  • Kompozit panel ilə fasad örtüyü və çərçivə işləri
  • Fasadda ölçmə, layihə vizualı və razılaşdırma
  • Montaj, elektrik qoşulması və sonrakı texniki dəstək
03 — KİMLƏR SİFARİŞ EDİR

Tipik istifadə halları

HAL 01

Yeni mağaza fasadına gecə də oxunan həcmli hərflərlə ad qoydurur.

HAL 02

Klinika resepşn arxasına loqolu işıqlı panel istəyir.

HAL 03

Biznes mərkəzi bütün mərtəbələr üçün eyni üslubda qapı lövhələri sifariş edir.

HAL 04

Kafe interyerini neon yazı ilə fotoya uyğun künc halına gətirir.

04 — SUALLAR

Tez-tez verilən suallar

İşıqlı reklam və tabela üçün qiymət təklifi alın

Ölçü, tiraj və material barədə qısa məlumat göndərin — uyğun variantları qiymətlə birlikdə təqdim edək.